Sibirdə -20 dərəcə şaxtada tapılan körpənin vəziyyəti yaxşılaşıb

Sibirdə -20 dərəcə şaxtada tapılan körpənin vəziyyəti yaxşılaşıb

Rusiyanın Sibir bölgəsində gəzintiyə çıxan 5 yeniyetmə yumurta qutusunda tərk edilmiş körpə tapıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, havanın temperaturunun -20 dərəcə olmasına baxmayaraq, yeni doğulan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.

Novosibirsk şəhərinin kənarında, Sosnovka qəsəbəsi yaxınlığında qalan qız uşağı yeniyetmələrdən birinin ailəsi tərəfindən xəstəxanaya aparılıb. 3 oğlu olan ailə, körpəni övladlığa götürmək istəsə də, hələlik buna araşdırmalardan sonra cavab veriləcəyi bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə