KTMT qüvvələrinin Qazaxıstandan çıxarılması ON GÜN ƏRZİNDƏ BAŞA ÇATACAQ
KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması yanvarın 13-də başlayacaq və on gün ərzində başa çatacaq. SİA xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
"Qoşunların çıxarılması yanvarın 13-də başlayacaq və on gün ərzində tamamlanacaq", deyə KTMT-nin saytında yerləşdirilən mesajda bildirilir.
Qeyd olunur ki, Tokayevin KTMT-nin baş katibi Stanislav Zas ilə sonuncu görüşü zamanı prezident müttəfiqlərə sülhməramlı əməliyyata və terror aktı ilə bağlı köməyə görə təşəkkür edib.
Xatırladaq ki, bir qədər əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Alma-Atada operativ qərargahın iclasında bildirmişdi ki, KTMT sülhməramlı kontingentinin respublikadan çıxarılmasına cümə axşamı başlanması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB