NATO ölkələri alyans və Rusiya Federasiyasının nümayəndələrinin tezliklə təhlükəsizlik məsələləri üzrə “dərin müzakirələr” üçün yeni görüş keçirəcəklərinə ümid edirlər. SİA xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin müavini Vendi Şerman çərşənbə günü Rusiya-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“NATO-nun baş katibi Yens Stoltenberq bugünkü iclası açaraq ümid etdiyini bildirib ki, NATO-Rusiya Şurası tezliklə bütün tərəflər üçün təhlükəsizliyin möhkəmləndirilməsində irəliləyiş əldə edə biləcəyimiz sahələr üzrə daha dərin müzakirələr üçün yenidən görüşə biləcək", deyə Şerman bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB