2 aylıq körpəsini soyuducuya qoydu

2 aylıq körpəsini soyuducuya qoydu

Yaponiyada ata 2 aylıq körpəsini mənfi 18 dərəcə şaxtada dərin dondurucuya kilidlədiyi üçün həbs edilib. SİA xarici mətbuata istinadən bildirir ki, Yaponiyada hər kəsi şola salan zorakılıq hadisəsi baş verib. İki aylıq körpəni mənfi 18 dərəcədə işləyən soyuducuda kilidlədiyi aşkarlanan 42 yaşlı ata poıis tərəfindən həbs edilib.

Özəl şirkətdə çalışan Tatsuji Nişioka ailəsi ilə birlikdə bölgədəki oteldə qalıb. Oteldə qaldığı müddətdə və sonra körpəyə qarşı şiddət göstərən Nişioka uşağını xəstəxanaya aparanda özünü ələ verib. Körpənin sol bud sümüyü və qabırğasının qırıldığını görən səhiyyə işçiləri hadisəni polisə bildirdikdən sonra şübhəlinin evində axtarışlar aparılıb. Bədbəxt körpəni dondurucuda kilidlədiyi anın foto və video görüntülərini saxladığı məlum olan şəxs uşağa qarşı zorakılıq ittihamı ilə həbs edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə