Çinin koronavirusla mübarizə çərçivəsində 4000-dən çox insanı qəbul edə biləcək nəhəng karantin düşərgəsi qurması xəbəri gündəmdə idi. “Omikron” variantı ilə ötürülmənin artırılması müzakirə edilərkən, ölkədəki karantin düşərgələri sosial mediada yenidən müzakirələrə səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, müzakirələrə səbəb olan amil pandemiya düşərgələrinin görüntülərinin mətbuata sızması olub.
Sosial mediada yayılan görüntülər Çində Covid-19-a yoluxmaqda şübhəli bilinən insanları yerləşdirmək üçün tikilmiş metal qutulardan ibarət karantin düşərgələrinə diqqət çəkir. Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, Xuan düşərgələrinə göndərilənlər arasında hamilə qadınların, uşaqların və qocaların olduğu güman edilir. Bildirilir ki, Çin bu düşərgələrdə yoluxmuş və ya yoluxmaqda şübhəli bilinən insanları zorla təcrid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB