İnsanların itirmə qorxusu nədir və nədən qaynaqlanır? - PSİXOLOQ AÇIQLADI

İnsanların itirmə qorxusu nədir və nədən qaynaqlanır? - PSİXOLOQ AÇIQLADI

“Ümumiyyətlə insanlarda itirmə qorxusunun yaranması bir neçə kriteriyalarda gedir. Bunlar bir insanın ən doğma yaxınını itirməsi, sevgi münasibətlərində olan itirilmə və yaxud bir insanın özündə heç bir ciddi xəstəliyi olmadığı halda keçirəcəyi narahatlıqdır”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

“İstərdim ilk olaraq insanın özünü itirməsi qorxusundan başlayım, çünki, özünü itirmə qorxusu təbiidir ki, adını sadaladığım bu kriteriyalarda da özünü göstərir ki, daim bu insan itirmək və itirəcəyi haqqında düşüncələrlə özünü məhvə doğru aparır. Bu qorxu, psixologiya elmində hipoxondriyadır ki, hansı ki insanın ciddi bir xəstəliyə tutulacağı haqqında narahatlıq keçirməsi halıdır. Bu halda digər adı ilə xəstəlik xəstəsi olaraq tanınır. Bu problemi yaşayan insanlar əksər hallarda xəstəlikləri olmadığı halda xəstəliyi olduğunu düşünürlər. Bu insanların içərisində daima ciddi bir xəstəlik yaşayacağını düşünmək, zehni bu düşüncə ilə məşğul etmək, tez-tez bədənini kontrol etmək, hətta əlamətlərin içərisində adi fiziki narahatlıqların belə ciddi və böyük bir xəstəlik əlaməti olduğunu düşünmək daim informativ stresin yaranmasına gətirib çıxarır. Bu necə baş verir? İnternetdə tez-tez vücudundakı əlamətlərə səbəb ola biləcək xəstəlikləri araşdırmaq və bu tip şüur altında düşüncələr insanın öncə özünü itirmə qorxusunu yaradır. Bu onun özündən asılı olacaq bir durum deyil ki, biz onu nəyəsə görə qınayaq və yaxud deyək ki, “sən nəyə görə bu fikrə düşmüsən?”.

Təbiidir ki, bu halı yaşayan insan eyni zamanda güclü bir təşviş pozuntusu da keçirir. Görürsünüz ki, artıq təşvişi yaşayan bir yaxınına insan necə dəstək ola bilir. Sadəcə olaraq ətrafdakı insanların “qorxma hər şey yaxşı olacaq” deyə məsləhətləri olur, amma bu, sonunda onun həqiqətəndə özünü itirmə və hipoxondriyanın yaşanmasına gətirib çıxarır. Digər kriteriyaların içərisində ən əzizini itirmək qorxusudur olur. Doğrudan da o öncə nəyisə itirmiş olur ki, daha sonra da “digər əzizlərimi itirəcəm” deyə bu təşvişi yenidən yaşamağa başlayır. Bu məqamlar alt şüurda baş verən məqamlardır ki, biz bəzən bu cür insanlara kömək etmək üçün müəyyən üsullar var ki, o üsulları tətbiq edirik. Hər bir travmatik hadisə zamanı alt şüurda artıq itirmə qorxusu olur. Bu qorxu isə onların özündən asılı olmayacaq bir durumda yaranan təşvişdən başlayır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə