Son sutkada 745 nəfər koronavirusdan ölüb - RUSİYADA

Son sutkada 745 nəfər koronavirusdan ölüb - RUSİYADA

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 745 nəfər artaraq 318 432-yə yüksəlib. SİA xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 17 946 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 702 150 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 758 364 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə