Kanadanın Kvebek əyalətində Covid peyvəndi olmayanların sağlamlıq vergisi ödəyəcəkləri açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qərarı mətbuat konfransında açıqlayan Kvebek Baş naziri Fransua Leqault, hələlik vergi məbləğini müəyyən etmədiklərini, lakin yüksək məbləğin ödəniləcəyini bildirib. Frankois Leqault, “Kvebekdə əhalinin təxminən 10 faizi hələ peyvənd olunmayıb. Bu seqment əyalətdə qalan hər kəs üçün maliyyə yükü yaradır. Düşünürəm ki, belə bir tədbirdə fədakarlıq edən yüzdə 90 insana borcluyuq”.
Leqault, tətbiqin nə vaxt qüvvəyə minəcəyini açıqlamayıb. Dünyada heç vaxt Covid-19-a qarşı peyvənd olunmamış yetkinlərə sağlamlıq vergisi ödəyəcəkləri deyilməyib. Yalnız Yunanıstanda gələn həftədən 60 yaşdan yuxarı peyvənd olunmayan şəxslər ayda 100 avro ödəyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB