Tokayev Parlamentə məlumat verdi

Qazaxıstan prezidenti Kasım Comert Tokayev ölkədəki etirazların nəticələri barədə Parlamentə məlumat verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tokayev Qazaxıstana qarşı hücumların illər əvvəl planlaşdırılmağa başladığını və ötən il ölkənin cənubundakı Cambil vilayətində baş verən etnik toqquşmaların da bu planın tərkib hissəsi olduğunu bildirib.

Milli Təhlükəsizlik Komitəsinin bəzi məmurlarını sədaqətsizlikdə ittiham edən Tokayev “Hadisələr zamanı Milli Təhlükəsizlik Komitəsinin regional rəhbərləri kifayət qədər hərbi sursata malik olmalarına baxmayaraq, döyüşə getmədən binaları tərk edərək, silah və məxfi sənədləri orada qoyublar”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə