Yaponiyada məhdudiyyətlər artırıldı

Yaponiyada məhdudiyyətlər artırıldı

Yaponiya hökuməti epidemioloji vəziyyəti nəzərə alaraq xarici vətəndaşlara viza verilməsini tam qadağan edən qərarın müddətini daha bir ay uzadıb.

SİA-nın məlumatına görə, bu barədə Baş nazir Fumio Kisida məlumat verib.
Qeyd edək ki, ölkədə 2020-ci ilin dekabrından tam səyahət qadağası hökm sürür. Ölkəyə yalnız Yaponiya vətəndaşları və diplomatlar daxil ola bilir. Gələnlər təcrid və karantin dövrü keçməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə