İngiltərədə dairəvi yollarda ağacların əkilməsi bütün dünyada sosial media istifadəçilərinin, xüsusən də Amerika sosial media istifadəçilərinin müzakirə mövzusuna çevrilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ağacların niyə yolun ortasına əkilməsi ilə maraqlanan vətəndaşlar bunun qəzalara səbəb olacağını müdafiə ediblər. Bunu üzərinə sosial mediada bir sıra fikirlər səslənib. Ağac müzakirələri ilə bağlı son cavabı İngiltərə Nəqliyyat Nazirliyi deyib. Nəqliyyat Nazirliyindən mövzu ilə bağlı edilən şərhdə, “Yollarda mümkün olan yerlərdə ağac əkməyi hədəfləyirik. Bu, inteqrasiya layihəmizin bir hissəsidir. Yolun bu şəkildə daha yaxşı göründüyünü düşünürük”.
Müəllif: Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB