ABŞ Əfqanıstana 300 milyon dollardan çox humanitar yardım göstərəcək. SİA xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horna deyib.
"Birləşmiş Ştatlar Əfqanıstan xalqına 308 milyon dollardan çox yeni humanitar yardım ianə etdiyini elan edir. Bu, ABŞ-ın Əfqanıstana və regiondakı əfqan qaçqınlarına humanitar yardımın ümumi həcmini 2021-ci ilin oktyabr ayından təxminən 782 milyon dollara çatdırır", deyə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib.
Xatırladaq ki, amerikalılar həmçinin ölkəyə daha bir milyon doza COVID-19 peyvəndi göndərmək qərarına gəliblər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB