Təcili tibbi yardım maşını aşıb - 5 NƏFƏR YARALANIB

Təcili tibbi yardım maşını aşıb - 5 NƏFƏR YARALANIB

Türkiyənin Van şəhərində təcili yardım maşını aşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təcili yardımın qarlı yolda hərəkəti zamanı maşın aşıb və nəticədə 2-si tibb işçisi olmaqla 5 nəfər yaralanıb. Qəza səhər saatlarında Türkiyənin Van-Hakkari yolunda baş verib. Hadisə yerinə təcili tibbi yardım qüvvələri sövq edilib.

Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə