ABŞ-da dəmir yoluna məcburi eniş edən təyyarənin pilotu xilas edildikdən 6 saniyə sonra təyyarəni qatar vurub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Los-Anceles şəhərində filmlər üçün bənzəri olmayan möcüzə baş verib. Cessna 172 yüngül təyyarəsindən istifadə edən pilot günortadan sonra havaya qalxıb. Qısa müddətdə o, texniki nasazlıq səbəbindən dəmir yollarına təcili eniş edib. O, eniş zamanı keçirdiyi sarsıntı nəticəsində xəsarət alıb. Pilotun köməyinə yol polisləri gəlib. 20 dəqiqədən sonra xəsarət alan pilot təyyarədən endirilib və relslərin kənarına aparılıb. Hadisənin şahidi olanlardan biri təyyarənin uçan dağıntılarına tuş gəlib. Üzündən xəsarət alan pilotun vəziyyəti yaxşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB