Aleyna Tilkinin sevgilisinin konsertində xoşagəlməz hadisə yaşanıb
Türkiyəli müğənni Aleyna Tilki reper sevgilisi Uzinin Bostancı Show Center-də verdiyi konserti ön sıradan izləyib. Lakin Uzi pərəstişkarlarına narkotik istifadə etməsilə bağlı ifadələrlə müracəit edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Aleyna Tilki ilə reper Uzinin iki həftədir eşq yaşadıqları iddia edilirdi. Keçdiyimiz gün Uzinin konsertdə Aleyna Tilkinin ona olan dəstəyi də bunu sübut etmiş oldu. Lakin səhnədə oynayaraq coşan Uzi narkotik istifadə etdiyini sübut edən ifadələr işlədib. Bunun ardından polis qrupları tərəfindən sorğuya çəkilib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB