Sudanda hərbi çevrilişdən bu günə kimi davam edən aksiyalarda 63 etirazçı öldürülüb.
SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Sudan Həkimlər Komitəsinin hüquq müdafiəçiləri bir gün əvvəl başından ağır yaralanan 16 yaşlı etirazçının öldüyünü bildiriblər. Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, gənc dünyasını dəyişib.
Qeyd edək ki, ötən ilin 25 oktyabrında Sudanda ordu dövlət çevrilişinə cəhd edib. Ölkə daxilində hərbi qiyamlara qarşı etirazlar hələ də davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB