Dünyanın 35 şəhərində Bosniya və Herseqovinaya dəstək aksiyaları keçirilib
Bosniya və Herseqovina diasporunun nümayəndələri dünyanın 35 şəhərində ölkədəki siyasi böhrana və müharibə əleyhinə etiraz aksiyaları təşkil ediblər.
SİA xəbər verir ki, ən böyük etiraz aksiyası Belçikanın paytaxtı Brüsseldə baş tutub. Aksiyada Bosniya və Herseqovina bayraqları və üzərində “Biz birlikdə bosniyalıyıq” yazılan plakatlar nümayiş etdirilib. Nümayişçilər Bosniya və Herseqovinanın çoxmillətli və multikultural dövlət olduğunu bildirib, bölünmə ritorikasına etiraz ediblər.
Aksiya zamanı Srebrenitsa soyqırımı ilə bağlı da plakatlar nümayiş olunub.
Bosniya və Herseqovinada sülh və təhlükəsizlik tələbi ilə Cenevrə, Paris, London, Ottava, Toronto, Oslo, Roma, Vyana, Stokholm, Höteborq daxil olmaqla ümumilikdə dünyanın 35 şəhərində etiraz aksiyaları keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB