Fransanın İzer departamentində polis ciddi qayda pozuntusuna yol verən avtomobili saxlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, araşdırma zamanı qayda pozan şəxsin Fransada qanunsuz yaşayan Ermənistan vətəndaşı olduğu üzə çıxıb.
Məlum olub ki, 2020-ci ilin noyabrında Lyon şəhər məhkəməsi onun barəsində deportasiya qərarı çıxarıb. Lakin pandemiyaya görə qərarın icrası gecikib.
Polis Ermənistan vətəndaşını miqrantların saxlanma mərkəzinə yerləşdirib. O, yaxın günlərdə İrəvana yola salınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB