İsveçdə orta məktəbə irqçi hücum olub, xəsarət alanlar var

İsveçdə orta məktəbə irqçi hücum olub, xəsarət alanlar var

İsveçdə orta məktəbə hücum olub.

SİA xəbər verir ki, hadisə Kristianstad şəhərində qeydə alınıb. Belə ki, 20 yaşlı gənc bıçaqla məktəbə daxil olaraq müəllimə və şagirdə xəsarət yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Kristianstad polisinin sözçüsü Anders Olofsson cinayətkarın az sonra saxlanıldığını bildirib. O, qeyd edib ki, yaralıların vəziyyəti normaldır.

Hücumun irqçilik zəminində baş verdiyi bildirilir. Qeyd edilir ki, cinayətkar 18 avqust 2021-ci ildə Elvsö şəhərindəki məktəbə irqçiliklə hücum edən 15 yaşlı Huqo Ahlfors Ceksonu təqlid edib.

İsveçin Baş naziri Manqdalena Andersson hücumdan dəhşətə gəldiyini deyərək, yaralananlara şəfa, ailələrinə səbr diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə