Banqladeşdə miqrant düşərgəsində yanğın baş verib

Banqladeşdə miqrant düşərgəsində yanğın baş verib

Banqladeşin Koks Bazarında Rohinka müsəlmanlarının məskunlaşdığı düşərgədə baş verən yanğında 469 ev yanıb, 4500 adam evsiz qalıb. SİA xarici mətbuata istinadən bildirir ki, Banqladeşin Koks-Bazar şəhərinin Şafiullah Kata ərazisində yerləşən və əksəriyyəti 2017-ci ildə Myanmadakı hərbi əməliyyatlardan qaçan 1 milyondan çox Rohinka müsəlmanının yaşadığı 16 saylı düşərgədə yanğın baş verib.

Rəsmi məlumatlara görə, yanğında məktəb, məscid və bəzi mağazalardan başqa 469 ev yanıb. Ümumilikdə 4500 nəfərin evsiz qaldığı yanğının səbəbi hələlik bəlli olmasa da, araşdırmalar davam edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə