Macarıstan və Avstriya vətəndaşları təxliyə edilib

Macarıstan və Avstriya vətəndaşları təxliyə edilib

Altı Macarıstan vətəndaşı və beş Avstriya vətəndaşı Rusiya tərəfinin təşkil etdiyi təxliyə uçuşları ilə Alma-Atını tərk edib. SİA xəbər verir ki, bu barədə Rusiyanın Alma-Atıdakı baş konsulluğunun konsul-müşaviri Vladimir Malışev RİA Novosti-yə danışıb.

“Bu gün altı Macarıstan vətəndaşı və beş Avstriya vətəndaşı uçub”, deyə Vladimir Malışev bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, xarici vətəndaşlar diplomatik işçilərdir.

Bundan başqa, onun məlumatına görə, Rusiya Federasiyasında yaşamaq icazəsi olan və ya Rusiyada təhsil alan rusların, Belarus və Qazaxıstan vətəndaşlarının təxliyyəsi davam etdirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə