Myanma məhkəməsi respublikanın sabiq dövlət müşaviri Aun San Su Çini 4 il müddətinə azadlıqdan məhrum edib.
SİA xəbər verir ki,1ərar onunla bağlı aparılan məhkəmə prosesi çərçivəsində çıxarılıb. Ona qarşı irəli sürülən digər ittihamlar lisenziyasız ratsiyaların və siqnalboğucu cihazların saxlanması ilə bağlıdır.
Ötən il dekabrın 27-si növbəti qərarın çıxarılması gözlənilsə də, dəqiqləşdirilməmiş səbəblərdən bu, təxirə salınıb.
Dekabrın əvvəli Aun San Su Çi orduya qarşı düşmənçiliyin qızışdırılması və koronavirusun profilaktikası ilə bağlı qaydaların pozulması ittihamı ilə daha 2 il müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl ona qarşı təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması haqqında qanunun pozulması, həmçinin korrupsiya kimi bir sıra ittihamlar irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB