Zərərçəkən mülki şəxslərin sayı DƏQİQLƏŞDİRİLİR

Zərərçəkən mülki şəxslərin sayı DƏQİQLƏŞDİRİLİR

Qazaxıstanda iğtişaşlar zamanı həlak olan mülki şəxslərin dəqiq sayı hələ də dəqiqləşdirilir. SİA xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı deyib.

“Təəssüf ki, mülki əhali arasında itkilər var, dəqiq sayı dəqiqləşdirilir”, deyə Tokayev bildirib.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, Qazaxıstanın 17 təhlükəsizlik işçisi öldürülüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə