Prokurorluq ibtidai istintaqa başlayıb İĞTİŞAŞLARDAN SONRA

Prokurorluq ibtidai istintaqa başlayıb İĞTİŞAŞLARDAN SONRA

Qazaxıstan Baş Prokurorluğu iğtişaşlar və digər qanunsuz hərəkətlər faktları üzrə ibtidai araşdırmalara başlayıb. SİA xəbər verir ki, bu barədə həmin ölkənn Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Baş Prokurorluq terror aktlarının törədilməsi, kütləvi iğtişaşların təşkili və iştirak etmə faktları üzrə ibtidai istintaqa başlayıb”, deyə məlumatda bildirilir.

Xatırladaq ki, Qazaxıstanda etirazlar yanvarın 2-də maye qazın qiymətinin iki dəfə artması fonunda başlayıb. Etirazlar iğtişaşlara çevrilib, talançılar və radikallar fəallaşıb, hakimiyyət fövqəladə vəziyyət tətbiq edib və daha sonra yardım üçün KTMT-yə müraciət edilib, nəticədə, Qazaxıstana sülhməramlılar göndərilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə