Çətinliklərin öhdəsindən Qazaxıstanın gələcəyi barədə PUTİN ƏMİNLİYİNİ BİLDİRİB
Rusiya prezidenti Vladimir Putin əmindir ki, Qazaxıstan mövcud vəziyyətin öhdəsindən gələcək və çağırışlara şərəflə cavab verəcək. SİA xəbər verir ki, bu sözləti Rusiya prezidenti KTMT liderlərinin fövqəladə videokonfransında deyib.
"Əminəm ki, Qazaxıstan rəhbərliyi hüquq-mühafizə orqanlarının, ölkə iqtisadiyyatının normal fəaliyyətinin bərqərar olması üçün hər şeyi edəcək. Mənim buna bir zərrə belə şübhəm yoxdur", deyə Putin videokonfransda bildirib.
O əlavə edib ki, Rusiya gələcəkdə təşkilatın bütün ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə üstünlük vermək niyyətindədir.
"Əlbəttə ki, mən əmin olduğumu bildirirəm və bunu bir daha vurğulamaq istəyirəm ki, Qazaxıstan rəhbərliyi və xalqı mövcud vəziyyətin öhdəsindən və yaranmış ciddi çağırışların öhdəsindən layiqincə gələcək", deyə Putin qeyd edib.
Diqqətə çatdıraq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb və ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Alma-Ataya yayılıb. Orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə daxilində fövqəladə vəziyyət elan edib və terrorla mübarizə əməliyyatına başlayıb. BMT-nin məlumatına görə, Qazaxıstanda etiraz aksiyaları zamanı 1000-ə yaxın insan xəsarət alıb. Respublika Daxili İşlər Nazirliyinin yenilənmiş məlumatlarına görə, 17 təhlükəsizlik əməkdaşı öldürülüb.
Xatırladaq ki, yanvarın 5-də səhər saatlarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və Təhlükəsizlik Şurasına rəhbərlik edib. Onun rəhbərliyi altında keçirilən Təhlükəsizlik Şurasının ilk iclasında Tokayev Qazaxıstandakı vəziyyəti dövlətin bütövlüyünə zərbə vurmaq kimi qiymətləndirib və “terror təhlükəsinin aradan qaldırılmasında” KTMT-dən kömək istədiyini bildirib. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti normallaşdırmaq üçün Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Yanvarın 7-də Tokayev bildirib ki, xaricdən gələnlər də daxil olmaqla terrorçular müqavimət göstərməkdə davam ediblər və silahı yerə qoymayanları məhv edəcəklərinə söz veriblər. Bundan əlavə, prezident qeyd edib ki, vətəndaşların dinc formada ifadə olunan bütün tələbləri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB