6,9 bal gücündə zəlzələ nəticəsində Çinin şimal-qərbində Böyük Çin səddinin iki metrlik hissəsi uçub. SİA-nın “Global Times”a istinadən verdiyi xəbərə görə, yanvarın 8-də Çinxay əyalətinin Menyuan Hui Muxtar Dairəsində güclü zəlzələ baş verib.
Bundan sonra səlahiyyətlilər seysmik aktivlikdən zərər çəkmiş bölgədəki mədəni irs obyektlərinin vəziyyətinə baxış təşkil ediblər. Müfəttişlər qonşu Qansu əyalətinin Şandan qraflığında Böyük Çin səddinin dağılmış hissəsini aşkar ediblər. Dağıntı zəlzələnin episentrindən 114 km aralıda baş verib.
Divarın dağılmış hissəsi Min sülaləsi dövründə (1368-1644) tikilmişdir. Artıq bərpaçılar bu ərazidə qoruyucu tikili ucaldıb və bərpa işlərinə başlayıblar.
Böyük Çin Səddin Şimali Çin və Monqolustanın cənubunda bir sıra müdafiə strukturlarıdır. Çində belə divarlar qədim zamanlardan köçərilərin basqınlarından qorunmaq üçün ucaldılıb. İlk Çin imperatoru Qin Şihuanqın (e.ə. 259 - 210) onları vahid istehkam sisteminə birləşdirdiyi güman edilir. Divarın ən uzun və ən yaxşı qorunan hissəsi Minq dövründə (1368-1644) tikilmişdir. Şimal-şərq Liaoning əyalətindən şimal-qərb Qansu əyalətinə qədər təxminən 8850 km uzanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB