Qadın çəhrayı rənglə evləndi

Dünyadan maraqlı evlilik xəbərləri gəlməkdə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da bir qadın, çəhrayı rənglə evlənib. Xəbərin mövzusu olan və 2018-ci ildə bütün evini və qarderobunu tamamilə çəhrayıya boyadığı üçün "dünyanın ən çəhrayı insanı" olaraq xarakterizə edilən Kitten, çəhrayı sevgisini bir addım da irəli apararaq keçən həftə çəhrayı rənglə evlənib.

"Həyatımın ən gözəl günü" adlandırdığı toy mərasiminə çəhrayı "Şevrolet" avtomobilində gedən Kitten, çəhrayı üzük taxıb. "İnstaqram" hesabında üzərində çəhrayı qu quşu ornamenti olan çəhrayı tortunu paylaşan Kitten, 40 ildən artıqdır ki, çəhrayı rənglə flört etdiyini, lakin indi bu münasibətə bir ad vermənin vaxtı olduğunu söyləyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə