Türkiyənin Adana şəhərində sərnişin avtobusunda yoxlamalar zamanı un kisələrindən qaçaq yolla gətirilən 198 kilo tütün və həmin sərnişinə məxsus çanta və çamadandan ümumilikdə 2900 qaçaq siqaret aşkar edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, polis dərhal hərəkətə keçib və sərnişin avtobusunda geniş axtarış aparılıb. Axtarışlar zamanı 3 müxtəlif torbanın içərisindən “un” yazısı olan əlavə torbalar çıxıb.
Saxlanılan şəxs məhkəmənin qərarı ilə şərti olaraq sərbəst buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB