Əfqanıstanın paytaxtında bir neçə partlayış baş verib

Əfqanıstanın paytaxtında bir neçə partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərb hissəsində bir neçə partlayış baş verib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Məlumata görə, atışma səsləri Kabil Politexnik Universitetinin ərazisində də eşidilir. Hadisənin digər təfərrüatları hələlik açıqlanmayıb.

Ölkədə hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının nümayəndələri də insidentlə bağlı şərh verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə