Almaniyanın nüvə enerjisindən imtina etməsi Avropanı Rusiya qazından asılı vəziyyətə salır. SİA xəbər verir ki, bu sözləri Britaniyanın Teleqraf qəzetinin səhifələrində köşə yazarı Reyçel Millard söyləyib.
Köşə yazarı Berlinin ölkədə mövcud olan altı atom elektrik stansiyasından üçünü bağladığına diqqət çəkib. O, qeyd edib ki, qalanlar da ilin sonuna kimi istismardan çıxarılacaq. Millard onu da nəzərə çatdırıb ki, atom elektrik stansiyalarının məhv edilməsi planı 2000-ci illərin əvvəllərində kansler Qerhard Şrederin dövründə qəbul edilib və 2011-ci ildə Angela Merkel hökuməti Yaponiyanın “Fukusima” aerodromunda baş vermiş qəza fonunda nüvəsiz Almaniyanın qurulması kursunu təsdiqləyib.
"Hesab edirəm ki, Almaniyanın atom elektrik stansiyalarının bağlanması absurddur və dəhşətli səhvdir. Mən bunu iqlim cinayəti adlandırardım. Polşada böyük Belxatuv kömür elektrik stansiyasından imtina təbiətə daha çox fayda gətirərdi", deyə ekspert Mixael Liebrex isə belə izah edib.
Məqalə müəllifinin sözlərinə görə, qlobal istiləşmənin təsirlərini yumşaltmaq üçün Avropa 2045-ci ilə qədər iqtisadiyyatı təmiz enerjiyə keçirməyə hazırdır. Bu ona gətirib çıxarır ki, qitə fabrikləri, texnologiyaları gücləndirmək və əhalinin tələbatını ödəmək üçün böyük miqdarda “aşağı karbonlu” elektrik enerjisi istehsal etməyə məcburdur. Bununla belə, Almaniyada atom elektrik stansiyalarının istismardan çıxarılması Avropanın kömür və Rusiya qazından asılılığını artıracaq ki, bu “təhlükəli yoldur”.
Qeyd olunur ki, Berlin bərpa olunan enerji mənbələrinə keçməyə çalışır, lakin eyni zamanda, keçid dövründə ölkənin ehtiyaclarını ödəmək üçün hazırda qazla işləyən elektrik stansiyalarına arxalanır. Eyni zamanda, avropalı siyasətçilər bunu müvəqqəti tədbir adlandırırlar, çünki gələcəkdə stansiyalar hidrogenlə işləyə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB