Nur-Sultan polisi hər məhəllə və mənzildə yoxlama aparır. SİA-nın məlumatına görə, bu barədə Qazaxıstan paytaxtının komendantı Yerjan Sadenov bildirib.
Onun sözlərinə görə, şəhər tam operativ nəzarət altındadır, nəzarət-buraxılış məntəqələri fəaliyyətini davam etdirir.
Y.Sadenov qeyd edib ki, ictimai asayişi pozan şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat-profilaktiki tədbir keçirilir:"Eyni zamanda hər məhəllə və mənzildə yoxlama aparılır. Sakinlərdən anlayışla yanaşmalarını və köməklik göstərmələrini xahiş edirəm. Şübhəli şəxslərlə bağlı faktlar bilirsinizsə, məlumat verin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB