Livanın bütün ərazisində elektrik enerjisi verilişi dayandırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, elektrik enerjisi Electricite du Liban şirkəti tərəfindən kəsilib. Bildirilir ki, buna Beyrut yaxınlığındakı Aramun kəndində stansiya ilə bağlı münaqişə səbəb olub.
Yerli sakinlər elektrik enerjisinin müntəzəm olaraq kəsilməsinə etiraz edərək stansiyaya basqın cəhdi ediblər. Nəticədə bütün elektrik şəbəkəsi sıradan çıxıb. Şahidlərin bildirdiyinə görə, Beyrut Beynəlxalq Hava Limanı da müvəqqəti olaraq elektriksiz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB