“Türkiyəni dəmiryolu nəqliyyatında da mərkəz etməkdə qərarlıyıq”

“Türkiyəni dəmiryolu nəqliyyatında da mərkəz etməkdə qərarlıyıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəni dəmiryolu nəqliyyatında da mərkəz etməkdə qərarlı olduqlarını söylədi.

SİA xəbər verir ki, Konyada Karaman-Konya Sürətli Qatar Xəttinin açılışı zamanı çıxışında Ərdoğan deyib: “Bu qatar xəttinin açılışını edərək yeni bir dövrü başlayırıq. Türkiyənin dörd bir tərəfi sürətli və yüksək sürətli qatarları ilə bir-birinə daha tez çatacaq.

Türkiyənin 10 min 959 kilometr olan dəmiryolu xətlərinin uzunluğunu 13 min 222 kilometrə çıxartdıq: 1213 kilometrlik Yüksək Sürətli Qatar və 219 kilometrlik sürətli qatar xətlərini inşa etdik.

İngiltərənin paytaxtı Londondan çıxan bir qatar Avropa və Balkanları keçərək Ədirnədən Türkiyəyə girir, Mərmərədən keçib Anadoluya çatır. Anadolunu başdan sona qət edən bu qatar Qars-Tiflis-Bakı dəmir yolu üzərindən Asiyaya çatıb Pekinə qədər gedir. Artıq biz qoyduğumuz sərmayələrlə ölkəmizi dəmiryolu yük və sərnişin nəqliyyatına tam hazırlamaq yolunda ən çətin mərhələləri geridə buraxmışıq. Türkiyəni dəmiryolu nəqliyyatında da mərkəzi ölkə etməkdə qərarlıyıq”.

Çıxışından sonra ölkə başçısı Ərdoğan Konya ilə Karaman arasındakı səyahət müddətini qısaldan sürətli qatarla Karamana gedib. Burada Karaman-Konya Sürətli Qatar Xətti ilə istehsalı tamamlanan digər layihələrin də açılış mərasimində iştirak edən Ərdoğan çıxışında “Türkiyəni təhsildən sağlamlığa, təhlükəsizlikdən ədalətə, nəqliyyatdan enerjiyə qədər hər sahədə sərmayələrlə böyütdük” deyə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə