Sərnişin avtobusu mikroavtobusla toqquşub

Sərnişin avtobusu mikroavtobusla toqquşub

Misirin şimal-şərqində Sinay yarımadasında sərnişin avtobusu magistral yolda hərəkət edən mikroavtobusla toqquşub. Qəzaya havanın dumanlı olması və görmə məsafəsini azaltması səbəb olduğu üçün hadisə yerinə 13 təcili tibbi yardım maşını göndərilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 16 nəfər həyatını itirib, 18 nəfər yaralanıb. Yaralıların ən yaxın dövlət xəstəxanasına çatdırıldığı, qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə