Buzlaqlar əriməyə başlayıb

Qərbi Antarktidada nəhəng Thwaites buzlaqının əriməsinin hər keçən gün daha da sürətləndiyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Oreqon Dövlət Universitetindən Erin Pettit şərqdəki buz şelfinin on il ərzində çökə biləcəyini söylədi. Buzlaq tamamilə ərisə, qlobal dəniz səviyyəsi 65 santimetr yüksələcək və bir çox şəhərlər, o cümlədən Şanxay, Nyu-York, Mayami və Tokio su altında qalacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə