KTMT sülhməramlı qüvvələrinin tərkibində Rusiya hərbçilərini Qazaxıstana daşıyan Rusiya Müdafiə Nazirliyi Almatıda tətildə olan 25 Rusiya vətəndaşını hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya gətirdiklərini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Kreml Rusiya prezidenti Putinin bu gün Qazaxıstan prezidenti Tokayevlə telefon danışığı apardığını açıqlayıb. Müdafiə Nazirliyi ölkədə baş verən zorakılıqlara görə Almatı hava limanının bağlanmasından sonra 25 rusiyalı turistin Rusiya əsgərlərinə müraciət etdiyini və hərbi təyyarə ilə Moskvaya gətirildiyini açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB