İran hakimiyyəti şənbə günü iranlı general Qasım Süleymaniyə qarşı əməliyyatda iştirak edən 51 ABŞ vətəndaşına, o cümlədən Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Robert O'Brayenə qarşı yeni sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə İslam Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Sanksiya siyahısında göstərilən şəxslər qərarların qəbul edilməsində, planlaşdırılmasında, təşkilində, maliyyələşdirilməsində, dəstəklənməsində, həmçinin Süleymaniyə qarşı terror aktının idarə edilməsində və ya həyata keçirilməsində iştirak ediblər”, deyə İran XİN-in bəyanatında bildirilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB