Türkiyədə keçirilən “dəvə güləşi festivalı” böyük marağa səbəb olub
Türkiyənin Muğla bölgəsində keçirilən "Dəvə güləşi festivalı"na 150 dəvə qatılıb. Güləşdə zaman-zaman həyəcanlı anlar yaşanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, minlərlə insanın gəzintiyə çıxıb izlədiyi güləşdə dəvələr qızğın mübarizə aparıblar. Güləşmək istəməyən bəzi dəvələr rəqiblərindən qaçıb. Ərazidə vaxtaşırı dəvələrin insanlara tərəf qaçması həyəcanlı anlar yaşadıb. Güləşdə yüksək yer tutan dəvə sahiblərinə kuboklar verilib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB