Uçurumun kənarında asılı vəziyyətdə qaldı - 3 gün sonra xilas olundu

Uçurumun kənarında asılı vəziyyətdə qaldı - 3 gün sonra xilas olundu

Çinin Çançji şəhərində naviqasiya proqramı ilə dar yola daxil olan yük maşını 3 gün uçurumun kənarında asılı vəziyyətdə qalıb. SİA xarici mətbuata istinadən bildirir ki, Çinin Şansi əyalətinin Çançji şəhərində yük maşını sürücüsü naviqasiyanın qurbanı olub. Naviqasiyanın göstərişi ilə sıldırım qayaların arasındakı dar yola çıxdığını anlayan yük maşınının sürücüsü geriyə hərəkət edərkən qayanın kənarında asılı vəziyyətdə qalıb. Sürücü və avtomobildə olan digər sərnişin yük maşınından düşə bilib. Uçurumun kənarında asılmış vəziyyətdə qalan yük maşını 3 gün sonra 3 inşaat maşını tərəfindən xilas edilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə