ABŞ və Rusiya arasında yeni polemika yaranıb

ABŞ və Rusiya arasında yeni polemika yaranıb

Qazaxıstanda baş verən hadisələrdən sonra prezident Kasım Cömert Tokayevin tələbi ilə Rusiya, Belarusiya, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları Qazaxıstana göndərilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinkenin Rusiyanın Qazaxıstana qoşun yeritməsi ilə bağlı verdiyi açıqlamaya Rusiyadan reaksiya gecikməyib. Rusiya Xarici İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamada, ABŞ-ın keçmişdə əsgər göndərdiyi ölkələrə xatırladılaraq, “ABŞ ordusu evinizə girsə sağ qalmamaq, qarət edilməmək çətin olacaq. Bu təcavüzkarları öz qapılarının ağzında tapan Şimali Amerika hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslaviyalılar, liviyalılar, suriyalılar və daha bir çox şanssız insanların əlavə edəcəyi çox şey var” deyə ifadə edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə