KTMT liderləri arasında danışıq barədə TOKAYEVDƏN PUTİNƏ TƏKLİF

KTMT liderləri arasında danışıq barədə TOKAYEVDƏN PUTİNƏ TƏKLİF

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya lideri Vladimir Putini Qazaxıstanda asayişin bərpası ilə bağlı tədbirlərin müzakirəsi üçün KTMT liderləri arasında video formatında konfrans keçirməyə dəvət edib. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin də Qazaxıstanda KTMT ölkələrinin liderlərinin videokonfransının keçirilməsi ideyasını dəstəkləyib.

Tokayev KTMT-nin Qazaxıstana göstərdiyi köməyə görə Putinə minnətdarlığını bildirib. Qazaxıstan prezidenti Putinə ölkədəki vəziyyət barədə ətraflı məlumat verib və vəziyyətin sabitləşməyə doğru inkişaf etdiyini qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə