Çində partlayış nəticəsində ölənlərin sayı artıb

Çində partlayış nəticəsində ölənlərin sayı artıb

Çinin Çonqinq şəhərində ictimai binanın yeməkxanasında baş verən partlayışda həyatını itirənlərin sayı 16-ya yüksəlib. SİA xarici mətbuata istinadən bildirir ki, partlayış zamanı işçilərin nahar fasiləsində olduğu bildirilib. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Dağıntılar altından çıxarılaraq xəstəxanaya çatdırılan 10 nəfərin müalicəsi davam edərkən, onlardan birinin səhhətinin ağır olduğu bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə