Çinin şimal-qərbindəki Çinxay əyalətində gecə saatlarında baş verən 6,9 bal gücündə zəlzələ təhlükəsizlik kameralarına əks olunub. SİA xarici mətbuata istinadən bildirir ki, episentri Menyuan Hui bölgəsində olan zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələdə can itkisi olmasa da, xilasetmə işləri üçün bölgəyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Nazirlikdən verilən məlumata görə, bəzi evlərin pəncərələri, divarları və tavanları zədələnib. Çində baş verən 6,9 bal gücündə zəlzələ saniyələr ərzində təhlükəsizlik kameralarına əks olunub. Zəlzələ zamanı iş yerlərinin və evlərinin kameralarında mebellərin güclü silkələndiyi müşahidə edilib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB