İdarəetmə üçün adaya kral və kraliça axtarılır

İdarəetmə üçün adaya kral və kraliça axtarılır

İngiltərənin Piel adası adaya hakim olmaq və adanın məşhur mehmanxanasını idarə etmək üçün yeni kral və ya kraliça axtarır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Furnessdəki Barrov yaxınlığındakı ada üçün hərəkətə keçən şura, Böyük Britaniyanın ən qeyri-adi yerli hökuməti işə qəbul proseslərindən birini başladıb. Barrov şurası aprel ayından başlayaraq mövsüm üçün 10 illik icarə əsasında birini işə götürəcək. Həmin insan adanın administrasiyasına könüllü cavabdeh olacaq və adada məşhur “Ship Inn” adlı mehmanxananı idarə edəcək.

İşə götürüləcək şəxsdə axtarılan keyfiyyətlər bar idarəçiliyi təcrübəsi, həmçinin təcrid və təklik sevgisidir. Adadakı qeyri-müəyyən hava şəraiti səbəbindən uzun saatlarla adada qala bilər. 40 ildir adaya yürüşlər təşkil edən və yaşına görə dinləmələrə qatıla bilməyən Con Mörfi özünü bu işə həsr edəcək birinin bu işi görməsi lazım olduğunu bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə