Qazaxıstanda etirazlar və zorakılıqlar davam edərkən, Belarusiya prezidenti Aleksandr Lukaşenko ilə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Belarusiya dövlət xəbər agentliyi görüşlə bağlı əlavə məlumat verməyib. Agentlik, sadəcə Lukaşenko ilə Nazarbayevin Qazaxıstandakı vəziyyəti ətraflı müzakirə etdiyini bildirib. Qazaxıstanın ilk prezidenti Nazarbayev 2019-cu ildə prezidentlikdən getdikdən sonra Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra edib. Ölkədəki qarışıqlıqdan sonra Qazaxıstan prezidenti Kasım Cömert Tokayev çərşənbə günü Nazarbayevi istefaya göndərəcəyini və Təhlükəsizlik Şurasına sədrlik edəcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB