Keçmiş baş nazir titulundan məhrum edilə bilər

Keçmiş baş nazir titulundan məhrum edilə bilər

Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer vəzifədə olarkən törətdiyi iddia edilən hərbi cinayətlərə görə tənqid hədəfinə çevrilib. SİA xarici mətbuata istinadən bildirir ki, ölkədə başladılan imza kampaniyasında Bleyerin “cəngavər titulu”nun ləğvini istəyənlərin sayı 1 milyonu keçib.

Dekabrın 31-də Britaniya kral ailəsi tərəfindən hər ilin sonunda verilən “Yeni il şərəfi” siyahısında Bleyerin cəngavər tituluna layiq görülməsinin elanı ölkədə müzakirələrə səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə