Qazaxıstanın keçmiş baş naziri saxlanılıb

Qazaxıstanın keçmiş baş naziri saxlanılıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimovun dövlətə xəyanətdə şübhəli bilinərək saxlanıldığı bildirilib. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin bəyanatında bildirilir ki, komitə yanvarın 6-da Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə araşdırmaya başlayıb. Qeyd olunub ki, Məsimov istintaqda saxlanılan digər şəxslərlə birlikdə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 2016-cı ildə təyin edilən Kərim Məsimov LPG qiymətlərinin artması ilə əlaqədar başlayan etirazlar səbəbi ilə Qazaxıstan prezidenti Kasım Cömert Tokayevin 6 yanvarda verdiyi qərarı ilə Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib. Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abış da Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsindən kənarlaşdırılıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə