Kostanay vilayətində iğtişaşlarda iştirakda şübhəli bilinərək saxlanılanların sayı 650 nəfəri ötüb. SİA xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan vilayətin komendaturasına istinadən məlumat yayıb.
Kostanay vilayətinin komendantı Kayrat Dyusembekovun sözlərinə görə, 220 məhbus barəsində inzibati məhkəmələr aparılır, onlar 5 gündən 15 sutkaya qədər həbs almalı olacaqlar. Həmçinin saxlanılan şəxslər barəsində “Binalara, tikililərə, rabitə və rabitə vasitələrinə basqın və ya onların ələ keçirilməsi” maddəsi ilə istintaq aparılır. Bu cinayət 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatladaq ki, yanvarın 5-dən Kostanay vilayətində fövqəladə rejim tətbiq edilib və yanvarın 19-dək davam edəcək. Rayona giriş-çıxış məhdudlaşdırılıb, sənədlərin yoxlanılması aparılır, bayram tədbirləri dayandırılıb.
Bölgədə silah gəzdirmək və spirtli içki satmaq qadağandır, çünki yanvarın 6-na keçən gecə etirazçıların izdihamında spirtli sərxoş vəziyyətdə olan çoxlu insanlar olub. Nümayişçiləri sakitləşdirmək üçün Kostanayda təhlükəsizlik qüvvələri səs qumbaralarından və su şırnaqlarından istifadə edib. Yanvarın 7-də rayonda 245 nəfərin saxlanıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB