Yaponiyanın paytaxtı Tokioda davam edən güclü qar və yolların buz bağlaması nəticəsində 525 nəfər sürüşərək yıxılıb. SİA xarici mətbuata istinadən bildirir ki, yaralananlar xəstəxanaya yerləşdirilib. Yaponiyada Tokio başda olmaqla Kanto şəhərində də qarın yağması bir sıra fəsadları özü ilə gətirib. Belə ki, axşam saatlarında qarın hündürlüyü 10 santimetrə yüksəlib. Bu səbəblə yaralananların sayı 100-ü keçib.
Metropolda 77 yol qəzası baş verib. Tokioda 100-ə yaxın avtomobilin müvəqqəti olaraq körpüdə ilişib qaldığını açıqlayan səlahiyyətli şəxslər qar səbəbindən paytaxt boyunca 14 marşrutda nəqliyyatın müvəqqəti olaraq dayandırıldığını bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB