Qaçqın düşərgəsində yanğın baş verib

Qaçqın düşərgəsində yanğın baş verib

Müharibədən qaçan suriyalıların qaldığı Livanın Miniyə şəhərinin Əl-Dhour bölgəsində böyük yanğın hadisəsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, düşərgədəki çadırlar alovlara təslim olarkən bölgəyə yanğınsöndürənlər sövq edilib. Hələlik ölənlər və yaralananlar ilə bağlı heç bir açıqlama verilməyib. Livan, hazırda müharibədən qaçan təxminən 1,5 milyon suriyalı qaçqına ev sahibliyi edir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə